Bakı metrosunda sıxlıq o vaxt aradan qaldırıla bilər ki... - Baş mühəndisin cavabı

"Bakı metrosunda Qırmızı və Yaşıl xətlər ayrıldıqdan sonra qatarlar arasında interval azalacaq". Avtosfer.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib. Ə.Qasımov qeyd edib ki, "28 May" stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılmasından sonra Bakı Metropoliteninin inkişafı daha da sürətlə həyata keçirilə bilər: "Amma bunun üçün bəzi şərtlər var: "Həzi Aslanov" stansiyasından "Xətai" stansiyasına qədər tunellər tikilməlidir, "Dərnəgül" stansiyasından ən azı "Koroğlu" stansiyasına qədər olan hissə istifadəyə verilməlidir. Bu işlərdən sonra "Cəfər Cabbarlı" və "28 May" stansiyaları ayrılmalıdır. Xətlər bir-birindən ayrıldıqdan sonra isə sərnişinlərin xətlər üzrə paylanmasında tarazlıq yaranacaq və xətlərdə qatarlar arasında interval eyni olacaq. Bilirsiniz ki, indi pik saatlarda "Həzi Aslanov"dan "28 May"a qədər qatarlar arasında interval 120 saniyə təşkil edir, lakin "28 May" stansiyasından "Dərnəgül" və ya " İşərişəhər" stansiyalarına qədər interval 240 saniyə və daha çox olur. Xətlər ayrılanda isə həmin yollarda da interval 120 saniyə olacaq".
Baş mühəndis bildirib ki, bu məsələ ilə bağlı Bakı Metropoliteninin rəhbərliyi konsepsiya hazırlayıb və hökumətə təqdim edib: "Bu işlər mərhələli şəkildə həllini tapacaq".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












