Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana təcili eniş edib
Gündəm
8 İyun 2019 17:09

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb. Bildirilir ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.
Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.
Bildirilib ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.
Oxunub : 844
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 18:04
Bu yollarda tıxac var - SİYAHI
8 Oktyabr 2026 18:00
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
8 Oktyabr 2026 17:46
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
8 Oktyabr 2026 12:00
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
8 Oktyabr 2026 11:00
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
7 Oktyabr 2026 18:14
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
7 Oktyabr 2026 18:05
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 17:54
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
ŞƏRH YAZ












