Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivədə yaradılmış Koordinasiya Şurasına BNA rəhbərlik edir. “Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün isə 40 avtobus ayrılıb”, - deyə o qeyd edib.
***
M.Ağayev onu da bildirib ki, final oyununa akkreditasiyası olan şəxslər mayın 25-dən 30-na qədər, oyuna baxmaq üçün bilet almış azarkeşlər isə mayın 28-dən 30-na qədər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. "Çarter reysi ilə gələn azerkeşlərin isə hava limanından Bakı Olimpiya Stadionuna daşınmasını yerli məqliyyat şirkətlərindən biri həyata keçirəcək və bu proses koordinasiya olunacaq", - deyə o əlavə edib.
***
M.Ağayev onu da bildirib ki, nəqliyyat xidmətlərinin yüksək səviyyədə təmin olunması üçün BNA Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində 24 saat fəaliyyət göstərən qərargah yaradıb: "Qərargah bu məsələ ilə bağlı fəaliyyət göstərən dövlət qurumlarının işini əlaqələndirmək, nəqliyyatın işini yüksək vəziyyədə idarə etmək məqsədi ilə yaradılıb".
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












