Bakı sakini öz evindən 30 min dollar oğurlayıb - VİDEO

Bakıda bir nəfər öz evindən oğurluq edib. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Seyfulla Rzayev ərazi üzrə 30-cu polis şöbəsinə məlumat verib ki, evdən içində 30 min dollar pul olan seyf oğurlanıb. Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nəriman Rzayev və onun tanışı Atamoğlan Cəbrayılovu şübhəli kimi saxlayıb. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri oğurluğu etiraf ediblər. Qeyd edək ki, hadisədən sonra Nəriman Rzayev və Atamoğlan Cəbrayılov izi itirmək məqsədi ilə ev əşyalarını dağıdaraq pəncərəni qırıblar. Hadisədən sonra pulun bir hissəsini zərərçəkənin oğlu götürərək kreditdə olan avtomobilinin borcunu ödəyib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












