Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir?

Son günlər Bakıda qəribə bir həşərat yayılıb. Dişlədikdən sonra həmin yer şişir, güclü qaşınma yaradır və daha sonra bədəndə allergik reaksiyalar əmələ gəlir. Belə hal özəlliklə, uşaqlarda müşahidə olunur. Bunun uçan qarışqa və ya birə olduğunu deyənlər var. Hətta iddialara görə, xəstəxanalara xeyli müraciətlər də daxil olub.
Bu həşərat nədir? Hansı tədbirlər görülməlidir?
Danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu əlamətləri konkret olaraq hər hansı bir həşərat növünə aid etmək mümkün deyil:
“Çünki təsvir edilən əlamətlərə uyğun gələn bir neçə həşərat növü var. Məsələn, qansorucu həşəratlar arasında ağcaqanadların çoxsaylı növləri var və söhbət onlardan birindən gedə bilər. Həmçinin xırda sancan qum milçəklərinin də bu reaksiyalara səbəb olması mümkündür. Bitki bitləri və qanadlı qarışqalar adətən insanı dişləmədiyi üçün bu ehtimallar inandırıcı deyil. Birələr isə uyğun variantlardan biridir. Onlar əsasən evvə həyət heyvanları vasitəsilə yayılır. Taxtabitləri də ehtimal olunan növlər sırasındadır, lakin onlar uçmur, yalnız sıçrayır. Fikrimcə, müşahidə olunan güclü qaşınma, iri şişkinliklər və uşaqlarda daha ağır allergik reaksiyalar daha çox xırda sancan milçəklərin yaratdığı təsirlərə bənzəyir.Uşaqlarda bu reaksiyaların daha kəskin olması onların dərisinin və immun sisteminin daha həssas olması ilə bağlıdır”.
Ekoloq bildirib ki, iqlim dəyişikliyi də həşəratların yayılmasına ciddi təsir göstərir:
“İsti havaların daha erkən başlaması, gecələrin isti keçməsi, yağıntılardan sonra yaranan durğun sular ağcaqanadlar və digər qansorucu həşəratlar üçün əlverişli çoxalma şəraiti yaradır. Son illərdə dünyanın bir çox şəhərlərində, o cümlədən Qafqaz regionunda həşəratların aktivlik dövrünün uzandığı, əvvəllər müşahidə olunmayan bəzi növlərin isə yeni ərazilərə yayıldığı qeydə alınır. Temperatur və rütubətin artmasının qansorucu həşəratların populyasiyasını artırdığı barədə mütəxəssis xəbərdarlıqları da var”.
C.Bəxtiyarın sözlərinə görə, problemin qarşısının alınması üçün dövlətsəviyyəsində kompleks tədbirlərin görülməsi vacibdir:
“Şəhər üzrə müntəzəm dezinfeksiya proqramları həyata keçirilməli, kanalizasiya kollektorları və su hövzələri nəzarətdə saxlanılmalıdır. Yağıntılardan sonra suyun toplandığı ərazilər vaxtında qurudulmalı və durğun suların qalmasına imkan verilməməlidir. Əks halda həmin ərazilərdə həşəratların çoxalması qaçılmaz olur. Həşərat növlərinin monitorinqi və laborator şəraitdə müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Yeni invaziv növlərin vaxtında aşkarlanması üçün ekoloji nəzarət gücləndirilməli, mütəmadi monitorinqlər aparılmalıdır. Əhalinin maarifləndirilməsi istiqamətində kampaniyaların keçirilməsi də vacib tədbirlərdəndir”./globalinfo
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












