Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur

“Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır”. “Yeni Sabah” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.
O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır:
“Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır”.
İdarə rəisinin sözlərinə görə, Bakının 2040-cı ilə qədər şəhərsalma planı yeni reallıqlara, iqlim dəyişikliklərinə cavab verəcək.
R.Qasımov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərsalma və arxitektura Azərbaycan üçün ən əhəmiyyətli vəzifələrdən biridir:
“BMT-yə görə dünya əhalisinin 60%-i 2050-ci ilə qədər şəhərlərdə yaşayacaq. Ona görə müasir şəhərsalma planlaması ətraflı, insanyönümlü, dəqiq işlər görülməlidir. Bakıda artıq uzunmüddətli Baş Plan formalaşıb. Bakının Baş Planı geniş miqyasda nəzərə alınıb. Burada əsas hədəf həyat keyfiyyətinin yüksəldilməsidir. Şəhər nə dərəcədə təhlükəsizdir, insanlar üçün əlçatanlığı əsas götürülüb”.
O qeyd edib ki, Baş Planda ətraf mühitə təsirlərin azaldılmasına diqqət verilib:
“Qlobal iqlim hədəflərinə çatmaq üçün çalışırıq. Bununla bağlı BMT sistemində ətraflı müzakirələr aparırıq”.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












