Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, İsmayıllı və Ağsu aşırımı istiqamətində və Quba, Qusar, Xızı rayonları istiqamətində güclü qar yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həmin ərazilərdə gücləndirilmiş iş rejimində işləyir. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları. Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, hazırda bu istiqamətdə heç bir yol bağlı deyil. Əraziyə yolun təmizlənməsi üçün canlı qüvvə və texnikalar cəlb olunub: "Hansı ərazidə problem yaranırsa, aradan qaldırılır. Qar fasiləsiz yağmaqda davam etdiyi üçün yolu asfalt qatına qədər tam təmizləmək mümkün deyil. Buna baxmayaraq yol bağlanmayıb, hərəkət var. Sadəcə yay şinləri və ya köhnə şinlərlə idarə olunan avtomobillərin hərəkəti çətinləşir və nəticədə onlar yolda digər avtomobillərin də hərəkətinə mane olurlar".
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












