“Bakı şəhərətrafı elektrik qatarları ilkin mərhələdə 4 stansiyada dayanacaq”

Bu yaxınlarda Bakı şəhərətrafı dəmir yolu xəttinin Bakı-Sabunçu hissəsinin istismara verilməsi nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın ONA-ya verdiyi məlumata görə, işlər mərhələlərlə aparılır. Dairəvi dəmir yolunun Sumqayıt-Sabunçu hissəsində işlər sürətlə davam edir. Ümumilikdə genişləndirmə işləri Bakı sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Bu yol istismara veriləndən sonra Bakı, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin nəqliyyat problemi qismən aradan qaldırılacaq, dairəvi dəmir yol boyunca yerləşən kəndlərdə yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
Bakı dairəvi yolunda 14 stansiya və dayanacaq olacaq. İlkin mərhələdə Bakı sərnişin stansiyasından çıxan elektrik qatarları Keşlə, Koroğlu, Bakıxanov və Sabunçu stansiyasında dayanacaqlar. Bakı dairəvi yolunda hərəkət edəcək qatarların sayı, onların hərəkət cədvəli, gediş haqqı barəsində məlumatlar hələ müəyyənləşdirilməyib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










