Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı – FOTO

Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt Dəmiryolu Stansiyasından çıxmalı olan qatarda texniki nasazlıq yaranıb. Texniki nasazlıq səbəbindən bu qatarın hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib. Sərnişinlər 08:48-də başqa qatarla Bakıda yola salınıblar. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Report”a faktı təsdiqləyib. O bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən yola düşməyib. Onun sözlərinə görə, hazırda nasazlığın səbəbləri araşdırılır.
"Marştut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb", - S.Qədirova vurğulayıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"


















