Bakı-Sumqayıt sürətli sərnişin qatarının yeni stansiyası açılacaq

Bakı-Sumqayıt sürətli sərnişin qatarının yeni stansiyası açılacaq. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın ONA-ya verdiyi məlumata görə, Prezident İlham Əliyev 2018-ci ilin mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulmasına başlanıb.
Nərimanov dəmir yol stansiyasında da yenidənqurma və əsaslı təmir işləri aparılıb. Stansiyanın yaxın zamanda istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, Nərimanov stansiyası Bakı-Sumqayıt dəmir yolu xəttinə daxildir. Dairəvi yolda 14 stansiya olacaq. İlin ortasına yaxın ikinci xətdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı stansiyalarının açılışı nəzərdə tutulur. Bununla da, bu ərazilərdə yaşayan 30 minə yaxın sakin elektrik qatarlarının xidmətindən istifadə edə biləcək. Bu yolda 7 cüt qatar işləyəcək.
Gələcəkdə Bakı-Sumqayıt sürətli sərnişin qatarının Nərimanov stansiyasında da dayanması planlaşdırılır.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










