Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri dəyişə bilər - RƏSMİ

"Mayın 26-dan fəaliyyətini bərpa edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında bilet qiymətləri dəyişə bilər".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O, bilet qiymətlərinin İsveçrə frankına uyğun olaraq tənzimlənməsinə aydınlıq gətirib. Şöbə müdiri bildirib ki, bu proses qatarlarla beynəlxalq daşımalarda tətbiq olunan yanaşmadır:
"Bütün beynəlxalq marşrutlar üzrə qiymət İsveçrə frankının yerli məzənnəyə nisbəti əsasında hesablanır. Bu da onu göstərir ki, İsveçrə frankının məzənnəsi yerli valyutaya nisbətən dəyişərsə, bu dəyişiklik bilet qiymətlərinə də təsir edəcək. Təbii ki, bu prosesdə böyük təsirdən söhbət gedə bilməz.
Ümumiyyətlə, biletin qiyməti müəyyən olunarkən xidmət, keyfiyyət və təhlükəsizlik məsələləri də nəzərə alınır".
B.Hacıyev bildirib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının bilet qiymətlərini 2019-cu ildəki qiymətlərlə müqayisə etmək düzgün deyil:
"Həmin dövrdəki daşınma ilə indiki, "Stadler" şirkətinin istehsalı olan vaqonlarla həyata keçirilən daşınmanı müqayisə etmək doğru deyil. Çünki həmin dövrdə mövcud olan daşınma sinifləri indiki daşınmada yoxdur.
Təxmini olaraq, həmin vaxtın kupe sinfini indiki komfort sinfi ilə, SV sinfini isə lüks sinfi ilə eyniləşdirmək olar. Amma buradakı komfort sinfi əvvəlki kupe sinfindən qat-qat keyfiyyətlidir.
İndiyədək Azərbaycan dəmir yollarında belə bir sinif olmayıb. İlk dəfədir ki, komfort, komfort-plus və lüks sinif vaqonların hər kupesində ayrıca sanitar qovşağı və duş kabinəsi mövcuddur. Bu, indiyədək heç bir qatarda olmayıb".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












