Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq

"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub. Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir. Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












