"Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi"

"Vaxtı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
V.Ələsgərov bildirib ki, bəzi ölkələr bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdilər. "BTC-nın maliyyələşdirilməsində Dünya Bankının iştirak etməsi çox vacib idi. Hansı məbləğdə maliyyə ayırmasından asılı olmayaraq Dünya Bankının bu layihəni maliyyələşdirməsi vacib idi. Heydər Əliyev şəxsən Dünya Bankının rəhbərlərinə bu layihəni təqdim etdi. Heydər Əliyevin nüfuzu sayəsində bu layihə həyata keçdi. Bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiq edib. Bütün bu işlər həmrəylik nəticəsində həyata keçdi. Azərbaycanda həmrəylik olmasaydı, iqtidar-xalq birliyi olmasaydı bu işləri həyata keçirmək mümkün olmazdı”.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












