Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək

Şəhər naviqasiyasında müxtəlif seçimlərin mövcudluğu ümumilikdə müsbət hal hesab olunur. Çünki bütün nəqliyyat və xidmət qurumlarının əsas məqsədi sərnişinlərin məmnunluğunu təmin etməkdir. Bu təkcə yeni, sürətli, komfortlu və təhlükəsiz avtobusların istifadəyə verilməsi ilə məhdudlaşmır. Eyni zamanda marşrutların hansı istiqamətlər üzrə hərəkət etməsi, səfərlərin uzlaşdırılması, avtobusların gəlmə vaxtı və digər məlumatların sərnişinlər üçün əlçatan olması da böyük əhəmiyyət daşıyır.
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Rauf Ağamirzəyev “Baku.ws”ə bildirib ki, bu baxımdan məlumatların həm mobil tətbiqlərdə, həm də dünyada geniş istifadə olunan xəritə platformalarına inteqrasiyası vacibdir:
"Belə olduqda vətəndaşların seçim imkanları genişlənir. Onlar istər mobil tətbiqlər, istərsə də "Google Maps" kimi platformalar vasitəsilə səfərlərini əvvəlcədən planlaşdıra, hansı marşrutun daha rahat olduğunu, nə qədər müddətə təyinat nöqtəsinə çatacağını və nəqliyyatın neçə dəqiqədən sonra gələcəyini asanlıqla öyrənə bilirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi "AYNA Maas"dakı məlumatları Google Maps- inteqrasiya edib. Sevindirici haldır ki, bu, Bakı ilə məhdudlaşmır. Yenilənmiş Gəncənin avtobus marşrutları barədə məlumatı "Google Maps" dan əldə etmək mümükündür. Ümid edilir ki, növbəti mərhələlərdə Naxçıvan və digər şəhərlərdə də yenilənən avtobus parkları ilə yanaşı, bu cür rəqəmsal məlumatların inteqrasiyası daha da genişləndiriləcək.
Belə addımlar vətəndaşların səfərlərini əvvəlcədən planlaşdırmasına, şəhər daxilində daha rahat istiqamətlənməsinə və ictimai nəqliyyatdan daha səmərəli istifadə etməsinə mühüm töhfə verir".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












