Cibimizə "səssiz müdaxilə" - Bankların gizli mexanizmi

Azərbaycanda bank sektorunda son dövrlər müşahidə olunan ən aktual mövzulardan biri kartlardan nağd pulun çıxarılması zamanı tətbiq edilən komissiya haqlarıdır. Müştərilərin narazılığına səbəb olan bu tendensiya, bankların rəqəmsallaşma strategiyası və iqtisadi modelin dəyişməsi ilə izah olunur.
Avtosfer.az xəbər verir ki, maliyyə-bank üzrə ekspert Əkrəm Həsənov məsələyə münasibət bildirərkən demokrat.az-a açıqlamasında qeyd edib ki, Avropa bankları ilə müqayisə etsək, ölkəmizdə xərclər elə də yüksək deyil:
“Əvvəllər vəziyyət bir az fərqli idi. Banklar əsas gəlirlərini kreditlərdən əldə edirdilər, ona görə də faizlər yüksək idi. Amma pul köçürmələri, nağd çıxarışlar və digər əməliyyatlara çox komissiya qoymurdular, ya da çox az tuturdular. Bu, əsasən müştəri cəlb etmək üçün edilirdi, çünki bankın əsas gəlir mənbəyi kreditlər idi. Aydındır ki, hər bir bank xidməti müəyyən xərclər tələb edir. Məsələn, İT sistemi işlətmək, işçiləri saxlamaq, infrastrukturu təmin etmək və digər əməliyyat xərcləri var. Ona görə də bu əməliyyatlar üçün müəyyən komissiyanın olması tamamilə normaldır. İndi vəziyyət dəyişib, kredit faizləri bir qədər endirilib, çünki banklar bu sahədə rəqabət aparır və müştəriləri cəlb etmək istəyir. Amma əməliyyat komissiyaları qalır, çünki bank üçün bu da gəlir mənbəyidir və xərcləri qarşılayır. Yəni əslində, bankın hər bir xidməti kredit, köçürmə, nağd çıxarış həm müştəriyə xidmət, həm də bank üçün xərcləri ödəyən mexanizmdir. Əvvəllər kreditlər əsas gəlir mənbəyi idi, indi isə daha balanslı yanaşma var. Faizləri endirirlər, amma xidmətlərin xərclərini də nəzərə alırlar. Bu, həm müştəri, həm də bank üçün ədalətli sistemdir”.
Müşahidələr göstərir ki, son illərdə bankların xidmət modeli tədricən dəyişir. Rəqəmsal bankçılıq genişlənir, mobil tətbiqlər artır, nağdsız ödənişlər daha çox təşviq olunur. Bu da bankların əməliyyat siyasətinə təsir edir. Bir çox bank müştəriləri nağd əməliyyatlardan daha çox elektron ödənişlərə yönəltməyə çalışır. Bu səbəbdən kartdan nağd pul çıxarılması üçün komissiyaların saxlanılması və ya artırılması halları daha tez-tez görünür.
Eyni zamanda bank sektorunda rəqabət də artır. Bu isə gələcəkdə xidmət haqları ilə bağlı fərqli yanaşmaların ortaya çıxmasına səbəb ola bilər. Bəzi banklar müştəri cəlb etmək üçün müəyyən əməliyyatlara görə komissiyaları azalda və ya kampaniyalar tətbiq edə bilər. Bununla yanaşı, banklar üçün xərclərlə gəlirlər arasında balansın qorunması əsas məsələ olaraq qalır.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












