Bakıda 104 nömrəli marşrutun avtobusları yenilənir
Gündəm
27 Sentyabr 2025 21:27

Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun "Həzi Aslanov" stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Oxunub : 1216
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 08:53
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
11 Noyabr 2026 19:30
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
11 Noyabr 2026 18:23
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
11 Noyabr 2026 18:04
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
11 Noyabr 2026 15:57
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
11 Noyabr 2026 15:06
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
11 Noyabr 2026 12:11
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
11 Noyabr 2026 11:41
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
11 Noyabr 2026 11:30
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
11 Noyabr 2026 10:30
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
11 Noyabr 2026 08:53
Bəzi yollarda sıxlıq yarandı - FOTO
10 Noyabr 2026 20:31
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
ŞƏRH YAZ












