Bakıda 15 obyektdən oğurluq edən şəxslər saxlanılıb - FOTO

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdikırini etiraf ediblər.
Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurluq etdikləri məlum olub.
Qeyd edilən faktlarl bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Namiq
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib















