Bakıda 19 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram narkotik vasitə olan heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq S.Qəhrəmanovun paytaxt ərazisində kirayədə yaşadığı evə də baxış keçirilib. Oradan da əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülüb. Mənzildən aşkar edilən narkotik vasitələr ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, evdən götürülən heroinin çəkisi 3 kiloqram 15 qram, marixuana isə 15 kiloqram 575 qramdır. S.Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və S.Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA

















