Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs məhkəmə zalından həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Əvəz Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Rzayevin barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. Həmin ərazidə 1997-ci il təvəlüdlü Nicar Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olub.
Həyata keçirilən tədbirlər nəticəsində ona bıçaq xəsarəti yetirən şəxsin 1960-cı il təvəllüdlü Ə.Rzayev olması müyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












