Bakıda 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.
Tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövləq Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsi ilə yanaşı, ondan bir nəqliyyat vasitəsi kimi də geniş istifadə olunmasına dəstək verməkdir. Sahib Ələkbərovun sözlərinə görə, bunun üçün ölkəmizdə bütün lazımi infrastruktur mövcuddur və bu cür tədbirlər əhali arasında təbliğat işlərinə böyük töhfə verir.
Federasiyanın 1-ci vitse-prezidenti həmçinin əlavə edib ki, hazırda Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni seçilmiş rəhbərliyi dünya velosiped aləmində böyük rəğbət qazanmış “Tour d’Azerbaidjan” yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvimində bərpa olunması üçün danışıqlar aparır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












