Bakıda 5 dəfə məhkum olunan şəxsdən tapança aşkarlanıb - FOTO

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"













