Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün yenidən məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin hüquqi varislərinin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra H.Quliyevin vəkilinin məhkəməyə gəlmədiyi elan olunub.
Proses aprelin 4-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2017-ci il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə 5 nəfər ölüb.
H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, daha əvvəl bu işə baxılan zaman təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












