Bakıda 5 yerüstü piyada keçidi tikilir - VİDEO

Mərdəkan-Buzovna yolundan istifadə edən piyadaların keçid problemi həll olunur. Xatırladaq ki, bu yolda piyadaların vurulması ilə nəticələnən qəzalar çox olurdu. Artıq ərazidə yerüstü keçidin tikilməsinə başlanılıb. Ancaq bu, Bakıda tikilməkdə olan yeganə keçid deyil...
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Mərdəkan-Buzovna yolunun Buzovna qəsəbəsindən keçən hissəsinə yaxın yaşayan sakinlər ərazidə piyada keçidinin olmamasından əziyyət çəkirlər. Onların sözlərinə görə, sürətli yolda dəfələrlə piyadaların vurulması ilə nəticələnən yol- nəqliyyat hadisələri baş verib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, ərazidəki mövcud problemi nəzərə alaraq yolda yerüstü piyada keçidinin tikintisinə başlanılıb. Keçid istifadəyə verildikdən sonra piyadaların problemi həll olunacaq.
Anar Nəcəfli qeyd edib ki, ümumilikdə, paytaxt ərazisində 5 yeni yerüstü piyada keçidinin tikintisi aparılır.
Bütün piyada keçidlərinin bu ilin sonuna kimi tikilib başa çatdırılması nəzərdə tutulub.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










