Bakıda 50 manat pula görə cinsi azlığın ölümünə səbəb olan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Rafiq Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına əsasən, hadisə ötən il Bakı şəhəri, Nizami rayon ərazisində baş verib. R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi R.B (ad, soy ad şərti) ilə tanış olub. Daha sonra R.Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqəda olmaq üçün ona 50 manat pul verib. R.B isə qadın olmadığını ona deyəndən sonra R.Şıxəliyev verdiyi 50 manat pulu geri qaytarmasını istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hadisə yerinə yaxınlıqda olan digər cinsi azlığın nümayəndələri də gəlib, daha sonra dava başlayıb. R.Şıxəliyev özünü müdafiə edən zaman R.B-ni yumruqla vurub. Yerə yıxılan R.B-nin başı daşa dəyib. Xəstəxanaya çatdırılan yaralı bir neçə gündən sonra dünyasını dəyişib.
Daha sonra R.Şıxəliyev saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












