Bakıda 56 yaşlı kişini güllələyən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda adamöldürməyə cəhddə təqsirləndirilən Rafət Nərimanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il iyunun 8-də Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












