Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA

1945-ci ildən sonra SSRİ-də memarlıq xalq təsərrüfatının prioritet sahələrindən birinə çevrilərək, müharibədən sonrakı bərpa dövründə cəmiyyətə nikbinlik aşılamaq vasitəsi kimi istifadə olunub. Bu barədə memar Elçin Əliyev məlumat verib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, həmin dövrdə inşa edilən binaların monumentallığı, hündürlük dominantlarının yaradılması və zəngin dekorativ elementlər ideoloji təbliğatın mühüm hissəsinə çevrilmişdi. Kütləvi oyma karnizlər, iri heykəllər, şpillər, sütunlar, eləcə də fasadlarda mərmər və açıq rəngli üzlük daşlarından istifadə 1950–1960-cı illərin memarlığını fərqləndirən əsas xüsusiyyətlər olub.
Bakıda da bu üslub geniş yayılıb. Belə tikililərə İnşaatçılar prospekti, Ağa Nemətulla, Səməd Vurğun və Nizami küçələri kimi ərazilərdə rast gəlmək mümkündür.
Memar qeyd edir ki, həmin dövrdə memarlıq daha çox incəsənət kimi qiymətləndirilir, bədii-obrazlı yanaşma ön plana çıxarılırdı və klassik memarlıq irsinə istinad edilirdi. Lakin bu yanaşma sonradan kütləvi mənzil tikintisinin əsas prinsipləri – tipikləşdirmə, sənayeləşdirmə və maya dəyərinin azaldılması ilə ziddiyyət təşkil edib. Nəticədə Xruşşov dövründə daha sadə və sürətli tikinti modellərinə keçid baş verib.
Qeyd edək ki, Bakının Xaqani küçəsi 65–67 ünvanında yerləşən, 1951-ci ildə inşa edilmiş bina da bu üslubun nümunələrindən biridir. Layihənin müəllifi bakılı memar İvan Leonoviç Vartanesovdur. Bu bina bu gün də paytaxtın memarlıq irsinin diqqət çəkən nümunələrindən biri hesab olunur.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
















