Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir

"2030-cu ilədək Bakının bəzi ərazilərində yeni metro xətləri istifadəyə veriləcək. 2020-ci ilə qədər hansı ərazilərdə metro stansiyaların fəaliyyətə başlaması isə yəqin ki, "B3" xəttinin istifadəyə verilməsindən sonra bəlli olacaq". Avtosfer.az xəbər verir ki, bu barədə sputnik-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O, 2030-cu ilədək olan plan haqda da məlumat verib: "Ümumilikdə 76 metro stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulur. Perspektiv inkişaf planının isə 2030-cu ilədək reallaşdırılması planlaşdırılır. Lakin bu plan gözlənilən müddətdən bir qədər tez, yaxud da gec reallaşa bilər. Bütün bu işlər tikintinin sürətindən, relyefin mürəkkəbliyindən asılıdır". "Perspektiv inkişaf planına müvafiq olaraq Yeni Günəşli qəsəbəsində də bir metro xəttinin istismara verilməsi planlaşdırılır. Lakin hələlik bu istiqamətdə hər hansı işə başlanılmayıb. Sadəcə olaraq metrostansiyanın hansı ərazidə tikiləcəyi bəllidir" – deyə mətbuat katibi əlavə edib. B.Məmmədov digər tikilməsi planlaşdırılan digər metro stansiyalarla bağlı da məlumat verib: "Ağ şəhər adlanan ərazidə "Y14", "Y15" metro stansiyasının tikilişi üçün bəzi ərazilər artıq hasara alınıb. Konseptual inkişaf sxemini götürsək, görərik ki, metro sxeminin yaşıl dairəvi xəttində "Xətai" metrostansiyasından sonrakı iki stansiya məhz "Y14" və "Y15"dir. Həmin dairəvi xətdə daha sonrakı stansiyanın isə "Nargilə kafesi" adlandırılan ərazinin yaxınlığında, yəni Xətai rayonunda tikilməsi planlaşdırılır. Bundan sonra isə "Həzi Aslanov 2" stansiyasının tikintisi nəzərdə tutulub. Tikintisi planlaşdırılan həmin stansiyadan da "Həzi Aslanov" xəttinə keçid olacaq".
"Daha sonra Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək. Sonrakı planda isə "Koroğlu" metro stansiyasından Bakı Olimpiya Stadionuna da keçid olacaq. "1", "2", "3" adlandırdığımız bu stansiyalar "Dərnəgül" xəttinə birləşəcək. Beləliklə də dairəvi yaşıl xətt yaranacaq".
Qeyd edək ki, hazırda "Bakı Metropoliteni" QSC-nin 25 stansiyası fəaliyyət göstərir.
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










