Bakıda 9 avtomobil əzilib: Dəymiş ziyanı kim ödəməlidir? - VİDEO

Ötən gün Bakıda sərxoş şəxsin qonşusunun avtomobili ilə 9 nəqliyyat vasitəsini əzməsi ilə bağlı xəbər vermişdik. Həmin vaxt ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəydiyi bildirilirdi. Bəs belə olduqda avtomobillərə dəymiş zərəri sığorta şirkəti, yoxsa hadisəni törədən şəxs ödəməlidir?
Avtosfer.az xezerxeber.az-a istinadən məlumatına görə, binanın qarşısında park edilmiş avtomobillərin zəncirvari əzilməsi dəymiş zərəri gündəmə gətirib. Söhbət ötən gün paytaxtın Binəqədi rayonu ərazisində Sənan Kərimov adlı şəxsin qonşusuna məxsus avtomobillə sərxoş vəziyyətdə 9 maşını əzməsindən gedir. Həmin vaxt zərərçəkmişlər bildirdilər ki, ən az zədələnmiş avtomobilə 1500-2000 manat məbləğində zərər dəyib.
Ekspertlər bildirirlər ki, dəymiş zərər qəza törədilən avtomobilin sığorta şirkəti tərəfindən ödənilməlidir. Bəs hadisə zamanı bir avtomobilə 4-5 min manat zərər dəyibsə, bu halda necə olacaq?
Sığorta eksperti Nicat Əlibəyli deyir ki, ödəniləcək 5 min manat zərərçəkmişlər arasında müəyyən faiz nisbətində bölünəcək.
Sürücü Sənan Kərimov sərxoş vəziyyətdə hadisə törətdiyindən sığorta şirkəti də həmin şəxsi qaydalara uyğun olaraq məhkəməyə verməklə dəymiş 5 min manat məbləği geri alacaq.
Qeyd edək ki, hadisə ilə bağlı dəymiş zərər və Sənan Kərimov barəsində Binəqədi rayon polis idarəsində araşdırma aparılır.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












