Bakıda adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər yetirmədə təqsirləndirilən Anar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonunda baş verib. Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan, 1992-ci il təvəllüdlü Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.
Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Nurullayev sol döş qəfəsində kəsilmiş-deşilmiş yaralarla təcili əməliyyata alınıb, onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının araşdırması zamanı R.Nurullayevi bıçaqlamaqda şübhəli bilinən A.Hacıyev saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə ittiham irəli sürülüb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










