Bakıda ağırtonlajlı maşınlar evlərə ziyan vurur - VİDEO

Bakıda ağırtonlajlı avtomobillərin dar küçədən keçməsi sakinlərin evlərinə ziyan vurur. Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bunu paytaxtın Binəqədi rayonu Mədən-2, korpus-73 ünvanında yaşayan sakinlər iddia edir. Onların sözlərinə görə 10 gündür ki, ərazidə olan zavodlara və saxlama anbarlarına gedən yük avtomobilləri onların evlərində çatlar əmələ gətirib. Bu səbəbdən də sakinlər yolu bağlayaraq yük avtomobillərinin onların küçəsindən keçməsinə mane olurlar. İş o yerə çatıb ki, ərazidə yaşayanlar iri avtomobillərə görə uşaqlarını küçəyə çıxmağa qoymurlar. Əlacsız qalan sakinlər problemlə bağlı dəfələrə həmin müəssisələrin rəhbərlərinə irad bildiriblər. Məsələ ilə bağlı həmin müəssisələrin rəhbərləri bildirdilər ki, onların yük avtomobilləri əvvəllər neft mədənlərinin arasındakı yolla gəlirmiş. Son 10-15 gündə "Binəqədi Oil" şirkətinin əməkdaşları həmin yolu bağlayıblar. Sahibkar bildirir ki, onların avtomobilləri neft buruqlarına heç bir maneə yaratmırdı. "Binəqədi Oil" şirkətindən bildirilib ki, neftin ərazisində qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə ərazi bağlanıb. Və bu tam qanuna uyğundur.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












