Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətlər yetirib.
Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. A.Hətəmovanın həyatını xilas etmək mümkün olub.
R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis idarəsinin 19-cu polis bölməsinə gedərək təslim olub.
Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.
Cütlüyün 2 uşağı var.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










