Bakıda avtobus sürücüləri arasında dava düşüb - VİDEO

Bakıda avtobus sürücüləri arasında dava düşüb. Onları sərnişinlər sakitləşdirib. Davaya səbəb isə sürücülərdən birinin digərinin vaxtına girməsi olub. Avtosfer.az-ın məlumatına görə, avtobus sürücüləri əvvəlcə mübahisə edib, daha sonra isə mübahisə davaya çevrilib.
Məlum olub ki, davanın baş verməsinə sürücülərdən birinin digərinin vaxtına girməsi səbəb olub. Dava edən sürücüləri sonda sərnişinlər sakitləşdirib. Görüntülər sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. Araşdırma zamanı məlum oldu ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, 55 saylı avtobus sürücülərinin arasında baş verib. Sözügedən xəttin dispetçeri Şahin Əliyev bildirdi ki, artıq həmin sürücülər müəyyən edilib və daşıyıcı şirkət tərəfindən cəzalandırılıb. Şahin Əliyev əlavə etdi ki, digər sürücülərə də öz hərəkət qrafiklərinə əməl etmək barədə tapşırıqlar verilib. Belə hallara yol verən sürücülərə güzəşt edilməyəcək. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, görüntülərlə bağlı araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












