Bakıda avtobus sürücüləri yarışa çıxdılar - VİDEO

Paytaxtda avtobus sürcüləri bir-birləri ilə yarışıb. Avtosfer.az xəbər verir ki, görüntüləri "Xəzər Xəbər"in votsap nömrəsinə göndərən sərnişin iddia edir ki, özünün içində olduğu avtobus hərəkətdə olan başqa avtobusla ötüşərək təhlükəli vəziyyət yaradıb.
Görüntülər Məhəməmdi kəndindən "Koroğlu" metrostansiyasına doğru hərəkət edən 217 saylı avtobusda çəkilib. Sərnişinin iddiasına görə, bu avtobusla Savalan qəsəbəsindən "Koroğlu" metrostansiyasına gedən 139 nömrəli avtobuslar sürət həddini aşaraq dayanacağa ilk çatmaq üçün bir- biri ilə yarışıblar. Məsələ ilə bağlı 139 nömrəli avtobusun kadrlarda görünən sürücüsü sərnişinin iddiasını təkzib edib. Sözügedən xəttin nəzarətçisi Seyfulla Hüseynov bildirib ki, təqdim edilən görüntülərdə sürücülərin sürət həddini aşmalarını dəqiq demək olmur.
217 saylı xəttin sahibi müsahibə verməsə də, şifahi olaraq bildirib ki, xətt üzrə bütün avtobuslarda GPS sistemi quraşdırlıb. Əgər hansısa sürücü sürət həddini aşaraq başqa bir avtobusla ötüşərsə, bu zaman mərkəzi bazaya bu haqda məlumat daxil olur və sürücü haqqında ölçü götürülür. ''Son dövrlər sürət həddinin aşılması ilə bağlı bazaya məlumat daxil olmayıb'' - deyə xəttin sahibi qeyd edib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev isə bildirib ki, bu məsələ araşdırılacaq və öz təsdiqini taparsa o zaman daşıyıcılara xəbərdarlıq ediləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












