Bakıda avtobuslar tamamilə nə vaxt yenilənəcək? - RƏSMİ CAVAB

"Avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. 2024-cü ildə 11 marşrut üzrə 154 avtobus yenilənib. Bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir". Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda avtobusların ümumi parkı 2200 ədəddir:
"COP-29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Hazırda Bakıda avtobusların ümumi parkı 2200 ədəddir. Bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Həmçinin yaxın zamanlara avtobusların yerli istehsalına başlanılacaq.
Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
Yeri gəlmişkən, AYNA sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə mayın 1-dən paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edib. Bu marşrut xətləri Bakıətrafı qəsəbələri əhatə edir. Belə ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar yeni avtobuslarla xətlərin istismarını həyata keçirirlər".
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












