Bakıda avtomobil oğurlayan şəxs: "Bağışla, 1000 manat borcum var"

Bakıda avtomobil oğurluğu faktı qeydə alınıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Yasamal rayonunda baş verib. Belə ki, şəhər sakini Şahmar Məhərrəmov adlı şəxsin “Mercedes” markalı avtomobili oğurlanıb. Ş.Məhərrəmovun dediyinə görə, onun avtomobili icarəyə vermək istədiyi şəxs tərəfindən oğurlanıb. Bu şəxs isə hazırda Yasamal rayonunda qeydiyyatda olan Zeynalov Asiman Haqverdi oğludur:
“Ötən ayın 22-si Asiman Zeynalovla birlikdə notariat kontoruna avtomobilə etibarnamə almağa getmişdik. Mən sənədləşdirmə üçün növbəyə dayandım, o isə avtomobilin sazlığını yoxlamaq üçün maşında qaldı. Sənədləri alıb çölə çıxanda avtomobilin yerində olmadığını gördüm. Asimanın telefonuna zəng etdikdə o, mənə bildirdi ki, sələmlə pul götürüb və hazırda 1000 manat borcu var, maşını isə borcu olduğu adama verib”.
Zərərçəkən avtomobil oğurlanan gün polisə müraciət edib. Əvvəl məsələyə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində baxılsa da, sonradan iş Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə göndərilib. 27-ci polis bölməsindən Trend-ə bildirdilər ki, hazırda məsələ araşdırılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












