Bakıda avtomobil qaçıran keçmiş məhkumlar yaxalandı

Bakıda vətəndaşın avtomobilini qaçıran şəxslər yaxalanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi ev 25-fə yaşayan, 1981-ci il təvəllüdlü Mustafayev Teymur Əliqulu oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus "Lada 2115" markalı 10-RV-715 dövlət nömrə nişanlı avtomobil evinin qarşısından gecə saatlarında qaçırılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış, əvvəllər məhkum olunmuş, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Cavadov Xəyal Ənvər oğlu və Bakı şəhər sakini İbrahimov Orxan Yaşar oğlu saxlanılıb. T.Mustafayevə məxsus avtomobil saz vəziyyətdə cərimə meydançasında tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT












