Bakıda avtomobil qaçıranın cinayət işi məhkəməyə göndərilib

Suraxanı rayonunda avtomobil qaçırmaqda təqsirləndirilən Radim Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Ceyhun Qədimovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də Suraxanı rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ramil Süleymanovun “Mercedes” markalı avtomobilini qaçıran Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Radim Qasımov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 185.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











