Bakıda avtomobil qarət edilib - VİDEO

Bakıda avtomobilin arxa yan şüşəsini qırıb içindən oğurluq ediblər. Hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, Neapol küçəsində baş verib. Zərərçəkmiş Əfsanə Məmmədova deyir ki, avtomobilini sözügedən küçədə park edərək bacısı ilə həmin ərazidən bir qədər kənarlaşıb. Onlar təxminən iki saat sonra avtomobilə yaxınlaşdıqda şüşəsinin qırıldığını görüblər. Zərərçəkmiş Əfsanə Məmmədova dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə 34-cü polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polis avtomobilin üzərində olan əl-barmaq izlərini götürüb və ətrafdakı kameralara baxış keçirib. Zərərəçəkmişin sözlərinə görə, avtomobilə təxminən 400-500 manat ziyan dəyib. Amma çantasında olan bank kartlarında külli miqdarda pul olub. Xətai rayon 34-cü polis şöbəsindən bildirdilər ki, faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












