Bakıda avtomobillər bahalaşıb

2018-ci ilin noyabrında Bakının avtomobil bazarında orta qiymət 42 152 manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, oktyabrla müqayisədə qiymətlər noyabrda 12,22 faiz artıb.
N.İbrahimov bildirib ki, noyabr ayında ümumilikdə 1 729 avtomobil satışa çıxarılıb: “Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli avqustda 2,26 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 87,39 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 41 512 manat təşkil edib. Oktyabrla müqayisədə bu, 10,15 faiz artım deməkdir. Dizel mühərrikli avtomobillər bazarın 12,61 faizini təşkil edib, orta qiymət isə 45 314 manat olub (22,9 faiz artım). Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77 faiz, orta qiyməti 50 932 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 24,23 faiz, orta qiyməti 13 644 manat təşkil edib”.
Ekspert bildirib ki, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 150,39 min kilometr təşkil edib ki, bu göstərici oktyabr ayı ilə müqayisədə 13,61 faiz az olub.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










