Bakıda "avtoş"u öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.
Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.
Xatırladaq ki, C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












