Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib - FOTO

Umumdünya Sağlamlıq günü ilə əlaqədar 7 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti veloyürüş baş tutub. Avtosfer.az xəbər verir ki, Bakıda, Veloparkda “Az avtomobil, çox həyat” devizi altında keçirilən veloyürüşdə Ekologiya və təbii sərvətlər nazirinin müavini Fordövsi Əliyev tədbir iştirakçılarını salamlayıb və ətraf mühitin sağlamlaşdırılması, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə təşkil olunan aksiyada ETSN-nin adından bütün iştirakçılara minnətdarlıq bildirib. Sonra yürüşə start verilib.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, ETSN-nin təşəbbüsü ilə artıq ikinci dəfədir ki veloyürüs təskil edilir. “Hesab edirik ki, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosiped həm insanların, həm də təbiətin dostudur. Velosiped sürmək sağlamlıqdır, eyni vaxtda da atmosferi və ətraf mühiti cirkləndirməməkdir, az tullantı isə saglam həyat ucun sərait deməkdir. Bizim de niyyətimiz odur ki, olkəmizdə insanların sağlam həyatı üçün davamli sərait olsun. İnsanlarımız sağlam, təbiətimiz, havamız təmiz, oksigenimiz bol olsun. Ağac əkəndə də, atmosferin və Xəzər dənizinin cirkləndirilməsinin qarşısını alanda da, plastik və polietilen məmulatların istifadəsinin azaldılması ilə bağlı tədbirlərimiz də yalnız bir məqsədə xidmət edir, yəni ölkəmizdə insanlar təmiz ətraf mühitdə nəfəs alsın və daim sağlam olsunlar.”
Yürüş iştirakçılarından biri, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Ekologiya və Təbii Sərvətlər nazirliyinin keçirdiyi veloyürüşü dəstəklədiklərini və önəmli təşəbbüs olduğunu qeyd edib. “Veloyürüşdə 30 nəfərlik komandası fəallığı ilə fərqlənib və BNA velosiped komandası diplomla təltif edilib.”
M.Ağayev həmçinin bildirib ki, əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitinin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür. “Məsələ agentliyin 3 illik fəaliyyət planına da daxil edilib. Mövcud nəqliyyat şəraiti nəzərə alınmaqla paytaxtda velosiped yollarının təşkili nəzərdə tutulub. Bununla yanaşı Böyük Şor gölü ətrafında Atletlər kəndinin ətrafını da əhatə edəcək 18 km-lik velosiped yolunun təşkil edilməsi də nəzərdən keçirilir.”
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, vergilər nazirinin müavini Sahib Ələkbərovun da iştirak etdiyi veloyürüş Umumdünya Sağlamlıq günü ilə əlaqədar Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil edilib.
Veloyürüşdə həmçinin Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edib.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT





























