Bakıda bahalı traktor oğurlandı - VİDEO

Ağır texnikanın qapısını açaraq, mühərrikini işə salıb, oğurlayıblar. İşlək vəziyyətdə olarkən güclü səsi olmasına baxmayaraq cinayətkar traktoru sahibinin evi qarşısından sürərək uzaqlaşıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Əlsürət Rzayev deyir ki, həmin traktoru Xanım Əsgərovadan etibarnamə ilə icarəyə götürüb işləyirmiş. O, hər gün işlədikdən sonra traktoru sahibinə məxsus evin qarşısında saxlayıb evinə gedirmiş. Hadisədən bir gün əvvəl də Əlsürət Rzayev gecə saatlarında işdən gəlib traktoru həmin ərazidə saxlayıb.
Əlsürət Rzayev deyir ki, həmin şəxs traktorun qapısını açaraq içinə daxil olub. Ehtimal edilir ki, həmin şəxs profsional traktor sürücüsüdür. Çünki traktoru işə saldıqdan sonra sərbəst şəkildə onu sürüb Məhəmmədliyə, ordan da Balxanı qəsəbəsinə keçərək təhlükəsiz şəhər kameraları olmayan yerdə izi itirib.
Zərərçəkmiş Əlsürət Rzayevin sözlərinə görə, kamera görüntülərinə görə traktoru oğurlayan şəxs arıq, orta boylu bir nəfərdir. Xəzər rayon 1-ci Polis Şöbəindən bildirdilər ki, faktla bağlı cinayət işi başlanıb. Həmin şəxsin saxlanılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. (xəzərxəbər)
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










