Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb

Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb. Avtosfer.az xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ozal Əliyev yanvarın 20-də qəsəbə ərazisində yerləşən avtomobilyuma məntəqəsinin qarşısında heç bir səbəb olmadan Vahid Əsədovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və O. Əliyev şübhəli qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yanvarın 30-da V. Əsədov müalicə aldığı xəstəxanada öldüyünə görə, Ozal Əliyevin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilərək rayon Prokurorluğuna göndərilib. Hazırda cinayət işinin istintaqı rayon Prokurorluğu tərəfindən davam etdirilir. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib, müvafiq ekspertizalar təyin olunub, istintaq tədbirləri davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










