Bakıda bir gecədə iki avtomobildən 2400 manat pul oğurlanıb - VİDEO

Bakıda iki avtomobildən oğurluq edilib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, ötən gecə "Subaru" və "BMW" markalı avtomobillərin şüşələri sındırılıb. "Subaru" markalı avtomobilin sahibi Məmmədova Səidə Rəşid qızının verdiyi məlumata görə, onun avtomobilinin sol arxa şüşəsi sındırılıb və avtomobildə olan əl çantası oğurlanıb. Zərərçəkmiş çantanın içərisində 600 dollar, 200 manat məbləğində nağd pulun və qızıl-zinət əşyalarının olduğunu deyir. S.Məmmədova bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib. Bölmənin əməkdaşları avtomobilin üzərində ekspertiza işləri aparıb və barmaq izləri götürülüb.
Sözügedən ərazidə daha bir oğurluq faktı qeydə alınıb. Ad-soyadı açıqlanmayan xanım sürücüyə məxsus "BMW" markalı avtomobil də qarət edilib. Avtomobilin şüşəsi sındırılıb, salonda olan 700 dollar məbləğində pul oğurlanıb.
Hər iki faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












