Bakıda bir neçə nəqliyyat şirkətinin vergi borcu üzə çıxdı - SİYAHI - MƏBLƏĞ

Bakıda yük və sərnişin daşıma ilə məşğul olan bir sıra şirkətlərin vergi borcu yaranıb.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Yusif Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 129.646,12 manat vergi borcu var.
Qeydiyyat ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ev 5B, mənzil 64, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Elşad Məmməd oğludur.
"Şirzadoğlu Transport" MMC-nin də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 171.457,61 AZN vergi borcu var. Bu şirkətin qanuni təmsilçisi Abdullayev Orxan Şirzad oğludur.
"Star Publik Transport" MMC-nin isə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 176.595,85 manat vergi borcu yaranıb. Şirkətin qanuni təmsilçisi Evsen Selimdir.
Qanuni təmsilçisi Anar Bəylərli Ramil oğlu olan "Qarabağ Transport Ltd." MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 698.58,71 manat, qanuni təmsilçisi Ramil Qafarov İlham oğlu olan "YKM Transport" MMC-nin 69.826,21 AZN vergi borcu var.
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












