Bakıda borca görə prospektin işıqları söndürüldü

Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir. İşıqları qənaət üçün söndürürlər, yoxsa gözləyirlər ki, kimisə maşın vurub can alsın?
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son bir aydır ki, bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Şikayətdə qeyd olunan Gəncə prospekti ilə yanaşı paytaxtın bir neçə prospektlərində də analoji hal müşahidə olunur.
Gecə saatlarında küçə və prospektlərdə müşahidə olunan qaranlıq isə piyada vurulması ilə nəticələnən qəzaları, avtomobillərdə oğurluq hallarının sayını artırır. Odur ki, yaranmış bu vəziyyət paytaxt sakinlərinin, ələlxüsus da, sürücülərin haqlı narazılıqlarına səbəb olub.
Məsələylə bağlı Bakı Şəhər Küçə İşıqları İdarəsinin Xətai rayon şöbəsindən qafqazinfo-ya bildirilib ki, prospekti işıqlandıran kabel sistemində nasazlıq yaşanıb, problem bir neçə günə öz həllini tapacaq: “Bundan başqa, prospektdə yerləşdirilmiş elektrik şkaflarında oğurluq halları baş verib. Problem təqribən bir həftəyə yaxındır, yaranıb. Birigün tam həll olunacaq”.
Əslində, küçədə işıqların söndürülməsinin əsl səbəbi qurumun “Azərişıq” ASC-yə olan borcudur. Məlumatı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib. Bildirib ki, prospektin işıqları, həqiqətən də, borc səbəbindən söndürülüb.
Son olaraq onu da qeyd edək ki, paytaxt küçələrinin işıqlandırılması ilə bağlı tam əks halların yaşandığını da müşahidə edə bilərik. Məsələn, Nəsimi rayonu, Puşkin küçəsində küçə işıqları günorta saatlarına kimi söndürülmür.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












