Bakıda cinsi azlıq nümayəndələrini döydülər - Əxlaqsız təklifə “yox” deyiblər

Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib. Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər. Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər. Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər. Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.
Faktla bağlı araşdırma aparılır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











