Bakıda çökən yolla bağlı araşdırmalar başa çatır

Bakının Xətai rayonu, Nobel prospektində çökən yolda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin monitorinq işləri yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, "Azərsu" ASC-nin georadar qrupu işləri yekunlaşdırıb: "Orada iki qrupumuz işləyirdi. Artıq georadar qrupunun monitorinqləri başa çatıb. Hazırda oradan götürülən göstəricilər analiz edilir. Analizlər başa çatandan sonra nəticələr "Azərsu"ya təqdim olunacaq. Nəticələrdən sonra qrunt sularının səviyyəsi müəyyən ediləcək.İkinci qrup isə quyunun inyeksiya işlərini yekunlaşdırmaq üzrədir. Yəqin ki, yanvarın 9-u işlər tam başa çatdırılacaq". "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Trend-ə açıqlamasında bildirib ki, ərazidə "Azərsu" ASC-nin işləri yekunlaşdıqdan sonra asfaltlanma prosesinə başlanacaq.
Xatırladaq ki, bir müddət əvvəl Bakının Nobel prospektində yolda çökmə baş verib. Yol çökməsinə su sızmasının səbəb olduğu bildirilir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










