Bakıda daha iki marşrut xətti üzrə hərəkət sxemi dəyişdirilib - SXEM

Vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etmək məqsədi ilə iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib.
“Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metrostansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər. Bununla yanaşı 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək”, - deyə məlumatda bildirilir.
Hər iki dəyişiklik iyunun 22-dən qüvvədə olacaq.
Namiq
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT












