Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan şəxs tutulub
Gündəm
12 Aprel 2019 12:51
Oxunub 821

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













